Efirə çıxıb "uşaq məndən deyil, mən sonsuzam" dedi

Efirə çıxıb "uşaq məndən deyil, mən sonsuzam" dedi
DÜNYA
16:13 28.10.2021
423
Efirə çıxan adam "Uşaq mənim deyil" deyib və dediyini sübut edib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Serap Paközle Gerçeğin Peşinde” proqramında İsmail Köklükaya üzərində edilən DNT testi övladının özündən olmadığını üzə çıxarıb.
 
Ana Cansu Köklükaya isə uşağın ərindən olduğunu bildirərək, "Bu uşaq başqasından olsa, gəlib ürək stimulyatorumu verməzdim. Başını aşağı edəcək bir şey etməmişəm. Hamısı dişinə, saçına qədər İsmayıla bənzəyir” - deyə bildirib.

Cansu Köklükayanın atası da uşağın İsmail Köklükayadan olduğunu, başqa heç kimdən ola bilməyəcəyini bildirib.

Qarşılıqlı açıqlamalardan sonra Serap Paközün açıqladığı DNT testi nəticəsindən hər kəsi şoka salan nəticə gəlib. DNT testi nəticəsində uşağın İsmail Köklükayadan olmadığı məlum olub.

DNT testinə görə, Köklükayanın sonsuz olduğu və uşaq sahibi olma ehtimalının çox çətin olacağı ifadə edilib.

Aparıcı Paközdən sonra danışmağa davam edən gənc qadın DNT testinin nəticəsinə inanmadığını bildirib. Uşağın ona aid olmadığını öyrənən İsmail Köklükaya aldığı xəbərdən pərişan olub.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR