Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda növbəti dəfə xanım xanəndələrə atmacası ilə yadda qalıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, aparıcı bəzi ifaçıların efirdən göründüyü kimi "ətəklərində namaz qılmağ"a laiq olmadıqlarına eyham vurub:
"Qız muğam ifaçıları var, özlərini efirdə elə aparırlar ki, az qalırsan ətəyində namaz qılasan. Xanım əməkdar artistlər var ki, efirə uzun paltar geyinib gəlməklə deyil e. Efirdən sonra nə oyunlardan çıxırlar, ondan danışın".