Əflatun Amaşov Conas Stüartla görüşdü

Əflatun Amaşov Conas Stüartla görüşdü
MEDIA
18:46 01.08.2012
1408
 Bu gün ABŞ-ın Azərbaycandakı Səfirliyinin yeni təyin olunmuş mətbuat katibi Conas Stüart Mətbuat Şurasında (MŞ) olub.MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun missiyası barədə məlumat verib. O bildirib ki, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində fəaliyyət göstərən Şura başlıca olaraq vətəndaşlardan, ayrı-ayrı idarə, müəssisə və təşkilatlardan daxil olan şikayətləri araşdırır, buna uyğun olaraq qərar və rəylər çıxarır. Həmin sənədlərdə KİV-lərin peşə prinsiplərinə riayət edilməsi ilə bağlı müvafiq tövsiyələr yer alır. Şuranın qərar və rəyləri ictimai qınağa əsaslanır.ABŞ-ın Azərbaycandakı Səfirliyinin ölkəmizin media qurumları ilə daim sıx təmaslar saxladığını deyən Ə.Amaşov qarşılıqlı əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini vurğulayıb.C.Stüart Bakıda olduğu müddətdə ilk vəzifəsinin Azərbaycanın KİV-ləri ilə tanışlıqdan ibarət olduğunu vurğulayıb. Səfirliyin ölkə mediası ilə münasibətlərindəki əməkdaşlıq ənənəsinin daha da gücləndirilməsi istiqamətində işlər görüləcəyini diqqətə çatdırıb. O, Mətbuat Şurası kimi qurumların dünya miqyasında medianın özünütənzimləməsi missiyasının reallaşmasında müstəsna rol oynadıqlarını bildirib. Bu baxımdan Azərbaycanda eyni adlı qurumun mövcudluğunu yüksək dəyərləndirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
18:59 24.08.2026
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
18:41 24.08.2026
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
“Survivor” dördüncüsü ailə qurdu
18:27 24.08.2026
“Survivor” dördüncüsü ailə qurdu
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
18:09 24.08.2026
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
18:02 24.08.2026
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
17:58 24.08.2026
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq