Əflatun Amaşov: Yeni mediada təhsil məsələsi əsasdır

Əflatun Amaşov: Yeni mediada təhsil məsələsi əsasdır
MEDIA
12:31 07.09.2016
1163
Hazırda onlayn media sahəsindəki vəziyyət, deməzdim ki, ürəkaçandır. Əksinə, bizi ciddi düşündürən bir sıra mənfi meyillər hələ də aktuallığını saxlamaqdadır.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Trend-ə açıqlamasında deyib.
Ə.Amaşov bildirib ki, işini zamanın tələblərinə uyğun şəkildə quran onlayn media vasitələri az deyil: "Ötən müddətin təhlili göstərir ki, məhz onların fəaliyyəti nəticəsində elektron medianın Azərbaycan cəmiyyətində qəbul olunduğunu söyləmək mümkündür. Peşəkar yanaşma tərzi ilə seçilən internet media resursları ictimai rəyi doğru yönləndirmək missiyasını üzərlərinə götürməyi bacarıblar. İnsanlarda onlara inam yaranıb. Bu inam vaxtilə ənənəvi mediaya olan inam səviyyəsinə çatmasa da, nikbin düşünmək üçün əsaslar var. Ancaq bilirsiniz ki, ənənəvi mediadan onlayn mediaya keçid prosesi ümumən itkisiz ötüşmür. Vaxtilə Mətbuat Şurası ayrı-ayrı qəzetlərin qeyri-etik fəaliyyətinə qarşı mübarizə aparırdı. Mübarizə özünü doğruldurdu da. Bu sahədə nöqsanlar azalırdı. Ancaq informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində fərqli vəziyyət yarandı. Yeni vəziyyətdə söz və ifadə azadlığının sərhədləri nə qədər genişləndisə, ondan sui-istifadə etmək niyyətinə düşənlərin də plasdarmı bir o qədər genişləndi. Bəzən əldə etdiyimiz pozitiv meyillərin sıradan çıxdığına şahid olduq. Bu səbəbdən hazırkı vəziyyəti ürəkaçan saymaq çətindir. Əlbəttə, qeyri-peşəkarlığı səbəb kimi görmək mümkündür. Ancaq qeyri-peşəkarlıq ümumi səciyyə daşıyır. Bu cəhət özündə bir sıra mənfi meyilləri birləşdirir. Hansısa onlayn media vasitəsi bilərəkdən qərəz yağdırırsa, bunun özü də qeyri-peşəkar yanaşma tərzinin göstəricisidir".
Ə.Amaşov onlayn medianın problemlərindən söz açarkən təhsil məsələsini də ön plana çəkib. O bildirib ki, yeni mediada əsasən gənclər təmsil olunurlar: "Düşünürəm ki, burada təhsil məsələsi əsasdır. Yəni bəzən problemlərin bir çoxu elementar bilik səviyyəsinin yoxluğundan qaynaqlanır. Vəziyyət belə qurulub ki, adi savadı olmayanlar da onlayn medianın sayəsində özlərinə meydan tapıblar. Əslində bu sayaq məsələlərdən çox danışılıb. Əlbəttə, diskussiyalar faydasını verir. Ancaq onu da düşünək ki, internet media resurslarının sayı artır. Artım müzakirələrin faydalılıq əmsalını aşağı salır".
Deputat onlayn mediadakı xoşagəlməz hallarla mübarizədə ictimai müzakirələrin aparılması ilə yanaşı, hüquqi addımların atılmasını da vacib sayıb.
Onlayn medianın hüquqi bazasının yaradılmasının zəruriliyindən söz açan Ə.Amaşov bildirib ki, onlayn medianın hüquqi bazasının mövcudluğu dövlət və millət üçün taleyüklü məsələlərə baxışın monolitliyi baxımından son dərəcə müstəsna əhəmiyyət daşıyır: "Bilirsiniz ki, qarşıdan referendum gəlir. Media prosesdə necə iştirak etməlidir? Bu məsələlər bizi düşündürür. Çünki referendumda nəzərdə tutulan dəyişikliklər dövlət orqanlarımızın fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edir. Əlbəttə, ənənəvi media ilə bağlı konkret təcrübə var. Üstəlik qanunlarımız və Mərkəzi Seçki Komissiyasının konkret təlimatları da bu sahədə tənzimləyici rol oynayır. Ancaq qanunların və təlimatların əhatə dairəsi məsələsini də nəzərdən qaçırmamalıyıq. Düşünürəm ki, onlayn media da bu dairəyə daxil olmalıdır. Çünki ictimai rəy əsasən onların vasitəsi ilə formalaşır. Bu mənada sosial şəbəkələrin rolu da vacibdir. Faktiki olaraq sosial şəbəkələr onlayn media məhsulunun yayılma arealı kimi çıxış edirlər. Deməli, bu sahəyə, orada yerləşdirilən materiallara həssas yanaşılmalıdır. Sosial şəbəkələrə həssas yanaşmanı təmin edən isə təkcə onlayn media deyil. Hər bir dövlət qurumunun və onun cəmiyyətə informasiya verilməsinə məsul bölməsinin də mövcud məkandakı aktivliyi mütləqdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu