Azərbaycanda vəzifəli şəxsin oğlu həbs edildi

Azərbaycanda vəzifəli şəxsin oğlu həbs edildi
SOSİAL
17:37 09.02.2022
659
Bakı Mühəndislik Universitetinin təsərrüfat şöbəsinin müdiri Eldar Səmədovun oğlu Səməd Səmədov dələduzluq üstündə həbs olunub. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Səməd Səmədov Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə gətirilib.

Məhkəmənin qərarı ilə Səməd Səmədov AR Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.   

Səməd Səmədov Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun bacısı oğludur. Səməd Səmədov Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-yə rəhbərlik edən dövrdə bu telekanalda da çalışıb. 
 
AZXEBER.COM məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov ilə əlaqə saxlayıb.
 
O məsələdən xəbərsiz olduğunu deyib: "Mən belə bir şeyi ilk dəfədir ki, sizdən eşidirəm. Qətiyyət belə bir şey yoxdur".
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR