Əfqanıstan Prezidenti: "Təhlükəsizliklə bağlı vəziyyət üç ay ərzində düzələcək"

Əfqanıstan Prezidenti: "Təhlükəsizliklə bağlı vəziyyət üç ay ərzində düzələcək"
DÜNYA
18:41 14.07.2021
1256
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni əfqan xalqını ölkədə təhlükəsizliklə bağlı vəziyyətin üç ay ərzində düzələcəyinə əmin edib.

Məlumatı "Tolonews” telekanalı yayıb.

Bildirilib ki, Əşrəf Qəni Əfqanıstanın şimal rayonlarına səfər edib. Bəlx əyalətinin qubernatoru Məhəmməd Fərhad Əzimi deyib ki, səfər zaman dövlət başçısını müdafiə, daxili işlər nazirləri, Milli Təhlükəsizlik İdarəsi, eləcə də Təhlükəsizlik Şurasının məsul şəxsləri müşayiət edib.

OXŞAR XƏBƏRLƏR