Əfqanıstan 627 milyon dollar vəsaiti xərcləməklə tarixində ilk dəfə xarici dövlətlərə olan elektrik borcunu tam ödəyib.
Bu açıqlama ilə Əfqanıstan Elektrik Şirkətinin rəhbəri Hikmətullah Mayondi çıxış edib.
"Əfqanıstan Tacikistan, Özbəkistan, Türkmənistan və İrandan idxal olunan elektrik enerjisinin pulunu tam ödəyib”, - deyə o qeyd edib.
Hikmətullah Mayondi Əfqanıstan banklarına qoyulan embarqoya, sanksiyalara və iqtisadi problemlərə rəğmən bu problemi həll etdiklərini xüsusi vurğulayıb.