Əfqanıstanda 11 vilayət işıqsız qalıb

Əfqanıstanda 11 vilayət işıqsız qalıb
DÜNYA
18:08 30.04.2022
325
Əfqanıstanın mərkəzindəki Pərvan əyalətində iki elektrik qülləsinin partladılması nəticəsində Kabil də daxil olmaqla, ölkənin 11 vilayəti işıqsız qalıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın enerji şirkəti "Da Afghanistan Breshna Sherkat” (DABS) məlumat yayıb.

"Pərvan əyalətinin Salanq şəhərinin cənubundakı Taqma rayonunda mina partlaması nəticəsində iki​ elektrik xəttinin dirəyi dağıdılıb. Hadisə ilə əlaqədar Kabildə və daha 10 vilayətdə elektrik enerjisi kəsilib", - şirkətin açıqlamasında deyilir.
OXŞAR XƏBƏRLƏR