Əfqanıstanın Nanqarhar əyalətində güclü yağışlar daşqınlara səbəb olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, fəlakət nəticəsində 40 nəfər həyatını itirib, 347 nəfər yaralanıb.
Böyük dağıntılar vilayətin mərkəzində, Pakistanla sərhəddə yerləşən Cəlalabad şəhərində, Sux Rod bölgəsində və qonşu ərazilərdə baş verib. Əfqanıstanın Səhiyyə Nazirliyindən verilən açıqlamada 40 nəfərin öldüyü, 347 nəfərin yaralandığı açıqlanıb. Yaralıların müalicəsi üçün seldən zərər çəkmiş ərazilərə təcili tibbi yardımların göndərildiyi, can itkisinin artacağı bildirilib.
Əfqanıstanda may ayından bəri davam edən leysan yağışları və daşqınlar nəticəsində 400-dən çox insan həyatını itirib, minlərlə insan evsiz qalıb.