Əfqanıstanda məktəbdə partlayış - 15 nəfər öldü

Əfqanıstanda məktəbdə partlayış - 15 nəfər öldü
DÜNYA
14:41 30.11.2022
207
Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətində dini məktəbdə törədilən partlayış nəticəsində azı 15 nəfər ölüb, 27 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Tolo News” telekanalı məlumat yayıb.

Bildirilib ki, partlayış vilayətin inzibati mərkəzi Aybak şəhərində günorta namazı vaxtı baş verib.
OXŞAR XƏBƏRLƏR