Əfqanıstanda naməlum şəxslər 5 “Taliban” üzvünü öldürüb

Əfqanıstanda naməlum şəxslər 5 “Taliban” üzvünü öldürüb
DÜNYA
22:22 20.11.2021
464
Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində naməlum silahlı şəxslər 5 Taliban üzvünü öldürüb.

APA xəbər verir ki, bu barədə RİA Novosti adını açıqlamadığı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, yerli vaxtla günorta saat 3 radələrində (Bakı vaxtı ilə 17.30) iki silahlı şəxs "Corolla” markalı avtomobilə "Taliban” hərakatının üzvlərinə hücum edib.

Hadisə nəticəsində 5 talibançı ölüb.

Silahlılar hadisə yerindən qaçıblar.

OXŞAR XƏBƏRLƏR