Əfqanıstanda polis idarəsinə basqın: ölənlər var

DÜNYA
10:36 24.04.2014
1488

Əfqanıstanın Qəndəhar və Fərəh əyalətlərindəki polis şöbələrinə “Taliban” yaraqlıları basqın edib.

Qəndahar valiliyi bildirib ki, yaraqlıların polis bölməsinə basqını  nəticəsində 4 polis həlak olub, 3 isə itkin düşüb.

Mənbə həmin polislərin bölgədən qaçdığını və ya “taliban” tərəfindən əsir götürüldüyünü bildirib.

Qəndahardakı polis idarəsinin məlumatına əsasən, basqın “taliban”la əlaqəsi olan bir polisini yardımı ilə gerçəkləşdirilib. Polis idarəsi 5 polisin öldürüldüyünü, 5-nin isə itkin düşdüyünü bildirib. 

OXŞAR XƏBƏRLƏR