Son həftə ərzində Əfqanıstanda silsilə partlayışlar nəticəsində azı 50 uşaq həlak olub.
AZXEBER.COM bu barədə "Report”a istinadən xəbər verir.
UNİCEF-in regional direktoru Gorg Larya-Acey rəqəmlərin artmağa davam edəcəyini bildirib. O əlavə edib ki, UNİCEF bütün zərərçəkmiş ailələrə başsağlığı verir.
Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə aprelin 21-də Əfqanıstanın üç şəhərində silsilə terror aktları baş verib.