Əfqanıstanda sosial şəbəkələrə gririş məhdudlaşdırıldı

Əfqanıstanda sosial şəbəkələrə gririş məhdudlaşdırıldı
DÜNYA
21:35 08.10.2025
221
Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat" sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.

Bildirilir ki, "Instagram", "Facebook" və "Snapchat" ölkə ərazisində bir neçə provayder tərəfindən məhdudlaşdırılıb. İnsident ötən həftə telekommunikasiyaların kəsilməsindən sonra baş verib.

Xatırladaq ki, "NetBlocks" sentyabrın 29-da "Taliban" hərəkatının "mənəviyyat qaydalarına əməl edilməsinin təmin edilməsi" üzrə gördüyü tədbirlər fonunda Əfqanıstanda internetin tam kəsilməsi barədə məlumat vermişdi.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR