Əfqanıstanın qərbində və qonşu əyalətlərdə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2 445 nəfərə çatıb.
AZXEBER.COM bu barədə "Reuters"ə istinadən xəbər verir.
Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub.
ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.