Əfqanıstanın 31 əyalətində komendant saatı tətbiq edilib

Əfqanıstanın 31 əyalətində komendant saatı tətbiq edilib
DÜNYA
19:41 24.07.2021
1916
Əfqanıstan hakimiyyəti ölkənin 34 əyalətindən 31-də "Taliban” qruplaşmasının gecə hərəkətinin qarşısını almaq məqsədilə komendant saatı tətbiq edib.

Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata görə, "Taliban”ın "fəaliyyətini məhdudlaşdırmaq” üçün komendant saatı yeri vaxtla 22.00-dan 04.00-dək tətbiq edilir.

Bildirilib ki, Kabul, Nanqəhar və Pənceşir əyalətlərində bu rejimin tətbiqi nəzərdə tutulmayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR