Əfqanıstanlı nazir Bakıya gəlir

DÜNYA
18:20 17.03.2014
743
Əfqanıstanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək.AZXEBER.COM-un Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 18 mart 2014-cü il tarixində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhmad Osman Azərbaycan Respublikasına rəsmi səfərdə olacaq.Səfər çərçivəsində Zarar Əhmad Osmanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.Nazir Elmar Məmmədyarov ilə Zarar Əhmad Osman arasında olan görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrindən bu ilin 18 mart tarixində saat 10:45-dən gec olmayaraq Xarici Işlər Nazirliyinə gəlmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR