Azərbaycan milli komandasının və "Qarabağ" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov millinin heyətindən çıxarılıb.
AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb futbolçunun zədəli olmasıdır.
Qeyd edək ki, millimiz avqustun 15-də, saat 18:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Bəhreyn yığması ilə yoldaşlıq görüşü keçirəcək.