Əfran millidən kənarlaşdırıldı

İDMAN
09:55 14.08.2012
1399

Əfran İsmayılov milli komandanın heyətindən kənarlaşdırılıb. “Qarabağ”ın yarımmüdafiəçisi zədəli olduğu üçün yığmanın heyətində məşqlərə qatıla bilməyib.

Qeyd edək ki, millimiz avqustun 15-də, saat 18.00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Bəhreyn yığması ilə keçirəcəyi yoldaşlıq oyununa hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışındadı.

Əfranın yerinə ehtiyat heyətdən bir futbolçunun yığmaya çağırılması gözlənilir. Berti Foqts avqustun 11-də açıqladığı ehtiyat heyətə 7 futbolçunun adını salıb: Səlahət Ağayev, Uğur Pamuk, Murad Hüseynov (üçü də “Sumqayıt”), Ruslan Əmircanov, Nizami Hacıyev (ikisi də “İnter”), Rəşad Sadiqov (Neftçi), Bədavi Hüseynov (Anji, Rusiya).

OXŞAR XƏBƏRLƏR