Əfran üçün…Mahirləri qorxuzmayın!

Əfran üçün…Mahirləri qorxuzmayın!
KÖŞƏ
16:51 16.08.2017
2548

20 yaşlı Mahir Mədətov uzun illərin təcrübəli futbolçusu kimi Çempionlar Liqasının pley-off oyununda həyəcan keçirmədən, düz 90 dəqiqə "Qarabağ”a nə ki var kömək etdi. Qələbə qolunu vurdu. 

Xüsusilə son bir neçə ayda karyerası yüksəlişə gedir Mahirin. Bu uğurlardan başının gicəllənməyəcəyinə inanmaq istəyirik. Futbolumuz sevinməlidir təbii ki. Təkcə "Qarabağ” udduğu üçün yox. Həm də potensialı yüksək olan istedadımız üzə çıxıb deyə…

***

Bütün Azərbaycan 21 yaşı olanda Əfranın da istedadından danışırdı, yeni ulduzumuz yetişir deyirdi. O, gözəl, bəzən də parlaq oyunu ilə tribunalara toplaşan Azərbaycan və "Qarabağ” komandasının onminlərlə azarkeşini sevindirirdi. Əlacları olsa, səhərə qədər çiyinlərində daşıyardılar. Qol vururdu axı, komandasının liderlərindən biri idi. Yəni əsl futbol qəhrəmanı.

Qəhrəmanlara da dəstək verən, ona yarınan çox olur axı…

***

Sonra o qəhrəman daha qəhrəman olmadı. Onda əleyhinə o ki var danışmağa başladılar. Sonra  da söyməyə. 

Stadionda fitə basmağa. 

Feysbukda lağ eləməyə.
 
Amma Qurban Qurbanov kişilik elədi. Atmadı, sahib çıxdı, inandığı üçün arxa oldu və olmaqda davam edir Əfrana.

***

Hər bir idmançının, futbolçunun həyatında eniş və yüksəliş dövrü olur. Bilmədiyimiz hansısa şəxsi problemi ola bilər. Elə buna görə oyuna köklənməkdə çətinlik çəkər. "Qarabağ"a yararsız deyil, faydası var, olmasaydı, Qurban Qurbanov komandasında saxlamazdı da.

***

Lakin belə görünür, bizdə hamı ağıl dəryasıdı, böyük futbol bilicisidi. Hamının da yumor hissi fontan kimi fışqırır. Amma... Zarafatınızı elədiniz, adamı ələ saldınız, daha bəsdi, şitini-şorunu çıxarmayın.

***

Əfran İsmayılov ikinci müstəqillik dövrümüzdən üzü bu yana Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı nümayəndələrindən biri olub. Bir istedadın üstündən isə bu qədər asanlıqla xətt çəkmirlər.

Bir az insafınız olsun…

…Və Mahirləri qorxuzmayın.

Aydın BAĞIROV
aydı[email protected]
Qol.az saytının baş redaktoru 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”