Pakistanın Broad Peak dağında baş verən faciəvi qar uçqununda həyatını itirən dünya şöhrətli nepallı alpinist Nirmal Purjanın və daha 3 alpinistin cəsədi tapılıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan Alp Klubunun yaydığı məlumata görə, xilasetmə qrupları cəsədləri təxminən 5 min 700 metr yüksəklikdə aşkar ediblər. Onların dağın aşağı hissəsində yerləşən düşərgəyə aparılması planlaşdırılır.
Məlumata əsasən, dağdakı əlverişsiz hava şəraitinə baxmayaraq, axtarış-xilasetmə əməliyyatı davam edir. Xilasetmə qrupları daha yüksək ərazidə daha bir cəsədin yerini müəyyən etsələr də, təhlükəli şərait səbəbindən onun çıxarılması hələlik mümkün deyil.
Qeyd edək ki, iyulun 30-da Broad Peak dağında baş verən qar uçqunu nəticəsində Nirmal Purjanın rəhbərlik etdiyi 10 nəfərlik beynəlxalq alpinist qrupu həlak olub.
Gülay











































