Əfsanəvi Dolli Parton vəfat etdi

Əfsanəvi Dolli Parton vəfat etdi
DÜNYA
03:41 26.08.2026
221
"Kantri musiqisinin kraliçası" adlandırılan məşhur amerikalı müğənni və bəstəkar Dolli Parton 81 yaşında vəfat edib.

İfaçının ailəsi bu barədə onun "Instagram" hesabında məlumat yayıb.

Müğənninin səhhətində problemlər 2025-ci ilin payızında başlayıb. O, sentyabrın 28-də Las-Veqasda planlaşdırılan və uzun müddətdən sonra səhnəyə qayıdışı kimi təqdim olunan altı konsertini təxirə saldığını açıqlamışdı. Konsertlərin 2026-cı ilin sentyabrında keçirilməsi planlaşdırılırdı.

Parton həmin vaxt təqaüdə çıxmaq niyyətində olmadığını, səhhətində yaranan problemləri isə bir qədər dincəlməli olduğuna işarə kimi qəbul etdiyini bildirmişdi.

Dolli Parton amerikalı kantri müğənnisi, bəstəkar, aktrisa, xeyriyyəçi və biznes-ledi idi. Karyerası ərzində onlarla albom buraxıb, "Jolene" və "I Will Always Love You" kimi dünya şöhrətli mahnılar yazıb. O, çoxsaylı "Qremmi" mükafatlarının sahibi olub.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR