Əfsanəvi futbolçu vəfat etdi

İDMAN
13:55 30.10.2014
1278
İsveçrənin “Ksamakas” və “Servett” klublarının keçmiş müdafiəçisi Rayner Hasler 57 yaşında dünyasını dəyişib.
2004-cü ildə son 50 ildə Lixtenşteynin ən yaxşı futbolçusu seçilən Hasler uzun sürən xəstəlikdən sonra vəfat edib.
1989-cu ildə, 31 yaşında karyerasını bitirən Hasler, Lixtenşteyn millisinin heyətində oynamayıb. Çünki həmin vaxtlar Lixtenşteyn millisi beynəlxalq yarışlarda iştirak etmirdi.
Qeyd edək ki, Haslerin oğlu Nikolas da futbolçudur. “Vaduts”da çıxış edən Nikolas, Lixtenşteyn millisinin şərəfini qoruyur.(publika.az)
OXŞAR XƏBƏRLƏR