Əfsanəvi qapıçı 40 yaşında milliyə qayıtdı

Əfsanəvi qapıçı 40 yaşında milliyə qayıtdı
İDMAN
18:21 09.07.2022
393
İspaniya millisinin sabiq qapıçısı Pepe Reyna ölkəsinə qayıdıb.

AZXEBER.COM-un Apasport.az saytına istinadən məlumatına görə, 40 yaşlı qolkiper sabiq komandası "Vilyarreal”la anlaşıb.

"Latsio”dan ayrılaraq azad agent statusu alan Reyna 2002-2005-ci illərdə formasını geyindiyi "Vilyarreal”la 1 illik müqavilə imzalayıb. Onun yeni komandasında təqdimat mərasimi iyulun 11-nə planlaşdırılıb.

Qeyd edək ki, Pepe Reyna 2003 və 2004-cü illərdə "Vilyarreal”la İntertoto kubokunu qazanıb.
OXŞAR XƏBƏRLƏR