Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
AZXEBER.COM-un məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 700-dən artıq müraciətə baxılıb.