Əfv komissiyası yenə toplandı

Əfv komissiyası yenə toplandı
SOSİAL
19:47 02.02.2018
1371
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyadan AZXEBER.COM-a verilən məlumata görə, bu günkü iclasda da əfvlə bağlı müraciətlərə baxılıb, müzakirələr aparılıb.

Komissiyanın növbəti iclasının vaxtı hələ təyin edilməyib.

Qeyd edək ki, komissiyanın 30 yanvar tarixində keçirilən iclasında əfvlə bağlı 100-dək müraciətə baxılıb.

Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub.
OXŞAR XƏBƏRLƏR