Əfv Komissiyasının iclasları başa çatdı - Siyahı Prezidentə təqdim ediləcək

Əfv Komissiyasının iclasları başa çatdı - Siyahı Prezidentə təqdim ediləcək
SOSİAL
17:52 23.05.2022
245
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki,  bununla da Komissiyanın iclasları başa çatıb.

Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının  28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR