Əfv Məsələləri Komissiyası növbəti dəfə toplaşdı

Əfv Məsələləri Komissiyası növbəti dəfə toplaşdı
SOSİAL
17:40 05.03.2019
5694
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.

Komissiyanın indiyə qədər keçirilən iclaslarında baxılan müraciətlərin ümumi sayı 500-dən artıqdır.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.
OXŞAR XƏBƏRLƏR