Əfv olmayacaq

SOSİAL
17:42 01.07.2016
2003
Yaxın vaxtlarda əfv sərəncamının imzalanacağı barədə məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Prezident Administrasiyasından məlumat verilib.
Bildirilib ki, yaxın vaxtlarda əfv sərəncamının imzalanması gözlənilmir.
Qeyd edək ki, bəzi mətbuat orqanları İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğluya istinadən Ramazan və ya Qurban Bayramında əfv sərəncamının verilə biləcəyi barədə məlumat yayıb.
APA.az
OXŞAR XƏBƏRLƏR