Ege Hospitalda Ağciyər Cərrahiyyə mərkəzi istifadəyə verildi

Ege Hospitalda Ağciyər Cərrahiyyə mərkəzi  istifadəyə verildi
SAĞLAMLIQ
10:50 07.01.2020
3835
Daima yenilənən və inkişaf edən Ege Hospitalda daha bir şöbə istifadəyə verildi. Artıq Ege Hospitalda Ağciyər Cərrahiyyə mərkəzi fəaliyyət göstərir.
 
AZXEBER.COM xəbər verir ki, Ege Hospitalın Ağciyər Cərrahiyyə mərkəzinin torakal cərrahı Uzm. Dr Nurlan Əlizadə tərəfindən döş qəfəsi divarı, ağciyərlər, plevra, divararalığı, timus, diafraqma və tənəffüs borusuna aid onkoloji və infeksion xəstəliklərin həm açıq ( torakotomiya), həm qapalı (videotorakoskopik), həm də hibrid metodla cərrahi müalicəsi icra olunur.

Azərbaycanda ilk dəfə olaraq minimal invaziv düzəltmə əməliyyatları olan Nuss və Abramson əməliyyatları ilə uşaqlarda və böyüklərdə çəkməçi və toyuq döş qəfəsi deformasiyalarının tam olaraq müalicəsi Ege Hospitalda həyata keçirilir.

Əl və qoltuqaltı hədsiz tərləmələrdə VATS simpatikotomiya əməliyyatı, döş qəfəsi divarının rezeksiya və rekonstruksiyası, diafraqma yırtıqlarında təmir və yüksəlmələrində plikasiya cərrahiyyəsi, Miastenia Gravis xəstəliyində timektomiya əməliyyatı, hech bir klinikada icra olunmayan patalojik limfa düyünlərinin mediastinoskopiya və mediastinotomiya ilə biopsiyası, Torasik çıxış sindromunun cərrahiyyəsi və döş qəfəsi travmalarına aid bütün təcili müdaxilələr , eləcə də döş sümüyü və qabırğa qırıqları, döş boşluğuna hava və qan toplanması ən son minimal invaziv yollarla müalicə edilir. Həmçinin lokal anesteziya ilə körpücüküstü və qoltuqaltı limfa düyünlərindən biopsiyalar , döş boşluğuna drenaj borusu və kateter yerləşdirilməsi peşəkar cərrahımız Uzm. Dr Nurlan Əlizadə tərəfindən müvəffəqiyyətlə icra edilir.

Dünyada həyati təhlükəyə ən çox səbəb olan xəstəliklər arasında ağciyər xəstəlikləri ilk sıralardadır. Bu xəstəlikləri erkən dövrdə müəyyən etmək üçün vaxtında müayinələrdən keçmək mütləqdir.

Ege Hospital hər zaman yerli və xarici vətəndaşlara vaxtında və dəqiq şəkildə yardım edə bilmək üçün çalışan tibb müəssisəsi kimi tanınıb. Və bu sahədə də Ağciyər Cərrahiyyə mərkəzinin yaradılmasını bunun bariz göstəricisi kimi qeyd edə bilərik.

Ünvan : Akademik Həsən Əliyev küçəsi 38.

Tel: 11-17 və ya 050 299-11-17

Ege hospital – Sağlamlığınız Sağlamlığımızdır
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb
14:24 09.05.2025
Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb
İlham Əliyev və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər
14:08 09.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kənd məscidinin açılışında iştirak ediblər
14:06 09.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kənd məscidinin açılışında iştirak ediblər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
13:52 09.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Abşeronda sex yanır
13:43 09.05.2025
Abşeronda sex yanır
Bu bürclər anadangəlmə yüksək zəkalı olurlar
13:27 09.05.2025
Bu bürclər anadangəlmə yüksək zəkalı olurlar
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
13:03 09.05.2025
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
12:40 09.05.2025
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
Sabahın hava proqnozu açıqlandı
12:26 09.05.2025
Sabahın hava proqnozu açıqlandı
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
12:12 09.05.2025
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
11:52 09.05.2025
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
11:35 09.05.2025
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
11:24 09.05.2025
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
11:15 09.05.2025
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
10:52 09.05.2025
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub
10:49 09.05.2025
Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub