“Əgər Albaniya çempionuna qalib gələ bilməsək, bu, “Neftçi”dəki son günüm olacaq”

İDMAN
10:10 23.07.2013
1258

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Albaniya “Skenderbu”su ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. 

 Paytaxt klubunun çalışdırıcısı Korçedə bunları dilə gətirib: “Bakıdakı oyunda bizim qol vurmaq üçün xeyli qol şansımız oldu. Amma onları dəyərləndirə bilmədik. Bu dəfə bizə mütləq qələbə qazanmaq lazımdı. Hücum edəcəyik. Əgər Albaniya çempionuna qalib gələ bilməsək, bu, “Neftçi”dəki son günüm olacaq”. /futbolpress/

OXŞAR XƏBƏRLƏR