"Əgər bu gün vətəndaşlar avtobuslarda bir-birinin çiynində gedirsə..." - Deputat COVİD-19-un təhlükəsindən danışdı

"Əgər bu gün vətəndaşlar avtobuslarda bir-birinin çiynində gedirsə..." - Deputat COVİD-19-un təhlükəsindən danışdı
SOSİAL
15:12 30.11.2020
1571
"COVİD-19-un artım surəti, yayılma arealını hər gün genişləndirilməsi əlavə tədbirləri qaçılmaz edir. Lakin, prosesə bir az geniş məcradan baxmalıyıq. Dövlət ağır bir müharibədən çıxıb, üstəlik yeni nəsil müharibə apardığımız üçün bu proses bizə kifayət qədər baha başa gəlib. Əlbərtə imkanlarımız genişdir, lakin etiraf edək ki, təhlükə hələ tam sovuşmayıb, düşmən düşməndir. Bu mənada dövlətin izafi xərcə getməməsi üçün biz gərək mümkün sadə vasitələrlə özümüzü və beləliklə də cəmiyyəti qoruyaq".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
 
O bildirib ki, karantin rejimində müəyyən sərtləşməyə getmək mümkündür: 

Lakin, hər şeyi vətəndaşın üzərinə də atmaq olmaz. Vətəndaşın məsuliyyəti də bir yerə qədərdir, əgər bu gün avtobuslarda vətəndaşlar bir-birinin çiynində gedirsə təbii ki, tibbi maska təyinatı üzrə nəzərdə tutulan qədər effekt verməyəcək. Mən insan hüquqları üzrə mütəxəssis olaraq heç də bütün hallarda əlavə məhdudiyyətlərin effekt verdiyinə inanmıram, lakin yuxarıda da dediyim kimi əlavə tədbirlər, məhdudiyyətlər qaçılmazdır. Düşünürəm ki, indiki mərhələdə dövlət orqanları iş saatlarını fərqli zamanlarda başlayıb bitirməklə ictimai nəqliyyatda sıxlığı azalda bilər. Bununla əlaqədar əgər ehtiyac olarsa, komendant saatının da zamanı məsələsi məncə müzakirə oluna bilər.
 
Deputat deyib ki, yenidən SMS icazə sistemi gündəmə gələ bilər: 

"Təbii ki, SMS məhdudiyyətlər də gündəmə gələ bilər. Bununla bağlı hökumət qərar verəcək. Lakin nəzərə alaq ki, müharibədən çıxmışıq, SMS məsələsinə bir neçə ay öncəkindən daha spesfik yanaşmalıyıq. Həmçinin iaşə obyektlərinin restoran və kafelərin fəaliyyəti məsələsini də qaydalar çərçivəsində elə baxmalıyəq ki, onların da fəaliyyəti bütün qaydalara sərt şəkildə əməl etməklə davam etsin, yəni mülki dövriyyə dayanmasın. Həmçinin, düşünmürəm ki, fəaliyyətin davam etdirilməsi mümkün olan digər obyektləri bağlamaq vacibdir.
 
Bəhruz Məhərrəmov həmçinin qeyd edib ki, insanlar bu virusla yaşamağı öyrənməlidir:  

"Cənab Prezident də çıxışında dediyi kimi biz bu virusla birgə yaşamağa məhkumuq. Bu mənada biz prosesin nə zaman sona çatacağını, nə zaman peyvənd hazır olacağını bilmirik. Yəni COVİD-ə qalib gələnə qədər bir çox sahələri qapalı tutmaq iqtisadiyyata ciddi zərbə olar. Biz bu gün məhdudiyyətlərdən daha çox bu şəraitdə necə davam edə biləcəyimizin yollarını axtarmalıyıq.
 
Ötən dalğada hökumət ciddi tədbirlər görüb, əla infrastruktur formalaşdırıb, lakin dövlətin ən böyük uğuru o oldu ki, COVİD-lə mübarizədə vətəndaşlarımızın psixoloji hazırlığına nail ola bildi. Bu mühim amildir. İndi də hesab edirəm ki, məhz bu nəaliyyətin üzərində COVİD-lə birgə, lakin, təhlükəsiz yaşamağın üsullarına köklənməliyik".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
15:09 02.07.2025
Filippində yanğın: Minlərlə insan evsiz qaldı