"Əgər mən deyirəmsə, Elmar Vəliyevlə danışdım, deməli buna inanmaq lazımdır" - Mirşahin

"Əgər mən deyirəmsə, Elmar Vəliyevlə danışdım, deməli buna inanmaq lazımdır" - Mirşahin
SOSİAL
14:32 12.07.2018
5819
Real TV-nin rəhbəri Mirşahin Ağayev Elmar Vəliyevin səhhəti haqda danışıb.
 
AZXEBER.COM xəbər verir ki, telejurnalist icra başçısına zəng etdiyini bir daha vurğulayıb. O deyib ki, rəsmi məlumatlara inanmaq lazımdır:
 
"Əgər rəsmi məlumat verilir ki, Elmar Vəliyevin səhhəti yaxşıdır, sonra onun ən yaxın qohumları da bunu təsdiqləyirsə, bu məlumatı şübhə altına almaq olmaz. Daha hansısa Orduxana, Turala, Vidadiyə, Qurban, çurbana inanmaq olmaz".
 
Mirşahin Ağayev deyib ki, Elmar Vəliyevlə telefonda danışıb: Mən Elmar Vəliyevin mobil telefonuna zəng etmişəm, dəstək qaldırılıb, səhhətim yaxşıdır, mənimlə maraqlananlara təşəkkür edirəm, dövlətimə canım qurbandır, tezliklə işimin başında olacam deyilib. Əgər bu sözləri Mirşahin deyirsə, buna inanmaq lazımdır".
 
 
 
OXŞAR XƏBƏRLƏR