'Əgər Mourinyo və Ronaldo 'Real'dan getsə...'

İDMAN
13:40 27.12.2012
1571

“Real”ın müdafiəçisi Pepe həmyerliləri Joze Mourinyo və Kriştiano Ronaldonun Madrid klubundan mümkün gedişatının onun karyerasına təsir etməyəcəyini bildirib.

O qeyd edib ki, adları çəkilən şəxslərin “Real”la bağlı qərarları onların özünə məxsusdur: “Əgər onlar “Real”dan getsələr, mən eyni addımı atmayacağam. “Real”dan zamanı gələndə gedəcəyəm”.

Pepe gələcəkdə “Portu”ya qayıtmaq istədiyini söyləyib: “Çünki bu klubda mən futbolçu kimi çox şey öyrənmişəm”.

Qeyd edək ki, son vaxtlar İspaniya mətbuatında Mourinyo və Ronaldonun “Real”ı tərk edəcəyi haqda məlumatlar dolaşır.//qol.az

OXŞAR XƏBƏRLƏR