“Əgər Prezident özü tibbi maska taxırsa, ...” - Partiya sədri

SİYASƏT
16:54 04.06.2020
1060
Dünyanı cənginə alan COVİD-19 pandemiyası ilə bağlı ölkəmizdən də yan keçmir. Ölkədə karantin rejimi yumşaldılandan sonra virusa yoluxanların sayı günü-gündən artmaqdadır. 

Ölkədə tibbi maskadan istifadə məcburi olsa da, bəzi vətəndaşlar qaydalara riayət etmir.

Dünən Tərtərdə muzey açılışında iştirak edən İlham Əliyevin belə maskadan istifadə edərək, sosial məsafəni qoruduğu bir halda vətəndaşların niyə maskadan istifadə etmədiyi sual doğurur. 
 
AZXEBER.COM bu sualla Millii Dirçəliş Hərəkatı partiyasının sədri  Fərəc Quliyevə müraciət edib. 

O bir daha hər kəsi məsuliyyətli olmağa çağırıb: 
 
"Bu dünyanı təhdid edən bir təhlükədir VƏ ÜST-ün bununla bağlı müəyyən tövsiyələri var. Azərbaycan Səhiyyə Nazirliyi, TƏBİB və Nazirlər Kabineti yanında Operativ qərargah bununla bağlı ciddi tədbirlər görür. Əhalinin bəzi qisminin bu xəstəliyə biganə yanaşması görülən işləri də heçə endirir. Biz başqa dövlətlərdən fərqli olaraq bu xəstəlikdən 2 dəfə az zərərlə çıxmaq imkanlarına malik idik. Ancaq göründüyü kimi, ikinci dalğanın başlaması ehtimalı artıb. Hər bir adamın yanına polis qoymaq mümkün deyil. Ona görə də insanlar özlərini maarifləndirməli, özlərini, ailələrini və yaxınlarını qorumalıdırlar. Bunun üçün onlardan kiçik tələblərlə yanaşı, məsuliyyətli davranmaq da tələb olunur. 
 
Nümunə olaraq ölkə prezidenti özü maskadan istifadə edib, sosial məsafəni qoruyursa, dəfələrlə çağırış edirsə və bütün bunlara baxmayaraq insanlar məsuliyyətsiz yanaşırlarsa, 65 yaşdan yuxarı risk qrupunda olan valideynlərini, qohumlarını və risk qrupundan olmayan insanı, özünü pis vəziyyətdə qoyur. 
 
Mən bir vətəndaş kimi narahatçılığımı bildirirəm. Ölkədə hamının sağlam qalmasını istəyiriksə, bunu etməliyik. 
 
Əgər sən gizli şəkildə bu virusu daşıyırsansa, eyni vaxta yaxınlarını da bu virusa yoluxdura bilərsən. Bu çox ciddi məsuliyyət olmaqla yanaşı həm də cinayətdir. Belə bir vəziyyətdə ölkə rəhbərliyi tərəfindən tədbirlər görülürsə, qısa zaman kəsiyində müəyyən cihazların alınması, maska zavodlarının açılması, karantin üçün müəyyən yerlərin ayrılaması kimi sadaladıqca görülən işlər tam aydınlıqla görünür.  İnsanlar gərək vətəndaş kimi məsuliyyətlərini dərk edib, məsuliyyətli davransınlar”.
 
Günel Hüseynli
 
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR