“Əgər siz Azərbaycandakı restoranları gəzsəniz…” - Əli Həsənov

“Əgər siz Azərbaycandakı restoranları gəzsəniz…” - Əli Həsənov
Siyasət
12:16 02.11.2018
4366
Paraqvayın geniş tamaşaçı auditoriyasına malik olan SNT televiziya kanalı Azərbaycan haqqında reportaj yayımlayıb.

AZXEBER.COM AzərTac-a istinadən xəbər verir ki, reportajda ispandilli tamaşaçılara Azərbaycan haqqında ətraflı məlumat verilir.

Verilişdə çıxış edən müəllif Karlos Troçe əvvəlcə Azərbaycana səfərinin təəssüratlarından danışır. O, Azərbaycana səfərinin və reportajı hazırlamaqda məqsədinin Latın Amerikası ölkələrinin xalqlarını bu ölkə ilə yaxından tanış etmək olduğunu bildirir. O, Azərbaycan ilə Latın Amerikası ölkələri arasında münasibətlərin genişlənməsinin tərəflər üçün faydalarını qeyd edir.

Reportajda Azərbaycanın tarixinə qısa ekskursiya edilir, əlverişli coğrafi mövqeyi, mədəniyyəti, adət-ənənələri barədə məlumat verilir. Bildirilir ki, ötən əsrin əvvəllərində Azərbaycan dünya neft bazarındakı neftin yarısını təmin edib. Azərbaycan çox zəngin, tolerant, dünyəvi bir ölkədir. Azərbaycan enerji resurslarından əldə olunan gəlirləri ölkənin inkişafına sərf edir. Paytaxt Bakıdakı tikililər həm qədimliyi, həm də müasirliyi ehtiva edir. Azərbaycan Latın Amerikası ölkələri, xüsusilə də Paraqvay ilə ticari-iqtisadi, mədəni əlaqələrini genişləndirir. Azərbaycan Paraqvaydan ət idxalında maraqlıdır.

Reportajda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Azərbaycan ilə Latın Amerikası ölkələri, xüsusilə Paraqvay arasında əlaqələrin inkişafına dair fikirlərinə də yer verilir. Əli Həsənov deyir: "Əgər siz Azərbaycanda fəaliyyət göstərən restoranları gəzsəniz əminəm ki, Paraqvaydan idxal olunan ətdən istifadə edildiyini görəcəksiniz. İndi qida təhlükəsizliyinə nəzarət edən qurum ət idxalının təminatına da nəzarət edir. Düşünürəm ki, biz gələcəkdə də bu sahədə əməkdaşlıq edəcəyik”.

Müəllif qeyd edir ki, Azərbaycan tərəfi, öz növbəsində, paraqvaylı gənclərə ölkədə bakalavr və magistr pillələrində təhsil üçün təqaüd almaq imkanı yaradır. Azərbaycanın sürətli inkişafının əsas səbəblərindən biri də neft və qaz ixracından gələn gəlirlərin bir hissəsini təhsilə yatırmasıdır. Ölkədə yoxsulluğun səviyyəsi 5 faizə qədər azalıb, işsizliyin səviyyəsi də demək olar ki, sıfıra düşüb.

Reportajda Prezidentin köməkçisi Əli Həsənov qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda siyasi, iqtisadi, energetika baxımından lider ölkədir. Biz əlaqələrimizin inkişaf etməsini istəyirik. Azərbaycanla Paraqvay arasinda əlaqələrin dərinləşməsi təkcə sərmayə baxımından deyil, texnologiya, təhsil sahələrində də əməkdaşlığa təkan verəcək.

Verilişin aparıcısının "Biz Azərbaycana necə gedə, viza məsələlərini necə həll edə bilərik” sualına cavabında Karlos Troçe deyir: "Bayaq dediyim kimi, Azərbaycanın Argentinada səfirliyi fəaliyyət göstərir. Paraqvaydan Azərbaycana səfər etmək üçün isə Argentinaya getməyə ehtiyac yoxdur. Azərbaycanda "ASAN viza” sistemi fəaliyyət göstərir. Beləliklə, səfirliyin səhifəsində paylaşdığı linkə daxil olmaq və onlayn qaydada, çox rahat, çox asan, üç saat müddətində viza almaq mümkündür”.

Aparıcı heyrətlə deyir: "Bu, inanılmazdır”.

Reportajda Azərbaycan xalq mahnılarının fonunda Bakının gəzməli-görməli yerlərindən videokadrlar göstərilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır