Yeni araşdırma sosial şəbəkələrdən istifadə edən, paylaşımlara baxan, lakin bəyənməyən və şərh yazmayan insanların psixi sağlamlıqlarında problem olduğunun əlaməti ola biləcəyini ortaya qoyub.
AZXEBER.COM xəbər verir ki, texnologiya ilə yanaşı, sosial media platformaları da həyatımızın əvəzolunmazı olub. Əslində, bu platformalardan necə istifadə etdiyimiz hətta sağlamlığımız haqqında da məlumat verir.
Çində araşdırmaçılar tərəfindən aparılan araşdırmaya görə, platformalardan passiv istifadə edən insanların, aktiv istifadə edənlərə nisbətən sosial narahatlıqdan daha çox əziyyət çəkdiyi müəyyən edilib.
Komanda 500-dən çox universitet tələbəsi arasında psixi sağlamlıqları və sosial mediadan istifadələri ilə bağlı sorğu keçirib. Sosial media platformalarından istifadə edən, paylaşımlara baxan, lakin bəyənməyən və şərh yazmayan insanların fiziki həyatlarından daha çox narahat olduqları müəyyən edilib.
Ayşən