"Artıq əhali hava şəraiti ilə bağlı SMS xəbərdarlıqla məlumat ala biləcək”.
AZXEBER.COM-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, bununla bağlı işlər aparılır: "Növbəti il bunla bağlı ilkin addımlar atılacaq. Biz bununla bağlı beynəlxalq təcrübəni ölkəmizdə tətbiq etməyə çalışacağıq”.










































