Əhalinin diqqətinə! Bu ərazidə qaz olmayacaq

SOSİAL
09:44 06.11.2024
123
Bu gün Bakının Nərimanov rayonunun bir küçəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Nərimanov rayonunun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə noyabrın 6-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə C. Hacıbəyli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

OXŞAR XƏBƏRLƏR