Əhalinin NƏZƏRİNƏ!: İstilik xidmətinin dəyəri fərqli qaydada hesablanacaq - VİDEO

Əhalinin NƏZƏRİNƏ!: İstilik xidmətinin dəyəri fərqli qaydada hesablanacaq - VİDEO
SOSİAL
11:36 06.05.2022
435
Azərbaycanda istilik təchizatı sahəsində islahatlar aparılacaq. Bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Prosesə beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə islahatlar proqramı hazırlanacaq.

AZXEBER.COM xəbər verir ki, "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev "Xəbər Ertəsi"nə deyib ki, görüləcək əsas işlərdən biri istilik və isti su təchizatının sayğaclaşdırılması ilə bağlıdır.

Rafiq Əliyev bildirib ki, xərclərin optimallaşdırılması üzrə də müvafiq tədbirlər nəzərdə tutulur: "Yəni vətəndaş müəyyən müddət ərzində mənzildə yaşamırsa və istilik təchizatı xidmətlərindən yararlana bilmirsə, borc yaranmaması üçün sözügedən quruma müraciət etməli olacaq".

Qurum rəsmisi həmçinin qeyd edib ki, yeni islahatlar proqramında vətəndaşların ötən illərdən qalanborclarının silinməsi məsələsi nəzərdə tutulmayıb.
 

OXŞAR XƏBƏRLƏR