Əhalinin NƏZƏRİNƏ! - Saat 22:00-dan etibarən...

Əhalinin NƏZƏRİNƏ! - Saat 22:00-dan etibarən...
SOSİAL
17:05 09.04.2023
885
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 28-30-da təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

BŞH-dən AZXEBER.COM-a bildiriblər ki, bu gecə saat 22:00-dan etibarən Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.
OXŞAR XƏBƏRLƏR