ABŞ-da COVID-19 səbəbiylə bir gündə 962 ölüm faktı qeyd alınıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-da yeni növ koronavirus səbəbiylə həyatını itirənlərin sayı son 24 saat ərzində 962 artaraq 624 min 291-ə çatıb.
Johns Hopkins Universitetinin verdiyi məlumata görə, yoluxanların sayı 37 milyon 161 min nəfəri keçib.
Kaliforniya virusdan ölənlərin sayına görə 64,845 ilə birinci yerdədir. Bu rəqəm Texasda 54 min 655, Nyu Yorkda 53 min 939 olaraq qeyd edilib.
ABŞ-da COVİD-19 peyvəndi statistikasını izləyən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, əhalinin 72 faizinə ən az bir doz COVİD-19 peyvəndi vurulub.
Ayşən Mirzəyeva
Ayşən Mirzəyeva