Əhaliyə şad xəbər - Bu tarixdən hamı ucuz ev ala biləcək

Əhaliyə şad xəbər - Bu tarixdən hamı ucuz ev ala biləcək
SOSİAL
13:36 19.07.2024
427
Mənzil bazarında qiymət stabilləşsə də həyət və bağ evlərinə tələb çoxalıb. Araşdırmalara görə, fərdi evlərin və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 3.5 faiz artıb.

Yaşayış binalarında tələb və qiymət dəyişməsə də, qeyri-yaşayış sahələrinə tələbin artması qeydə alınıb. Qeyri-yaşayış sahələrində qiymətdə 1.3 faiz aylıq artım qeydə alınıb. Yaşayış mənzillərinin kirayə qiymətləri cüzi - 0.7 % artasa da bağ evlərinin kirayə qiyməti 5.9 faiz yüksəlib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri ilə bağlı ekspert Elnur Fərzəliyev bildirib ki, həyət və bağ evlərindəki qiymət artımı mövsümlə bağlıdır:

"Həyət evlərinin qiymətinin qalxması əsas olaraq, mövsümi xarakter daşıyır. Hər il yay aylarında həyət və bağ evlərinə, o cümlədən torpaq sahələrinə tələbat artır. Əslində buna birbaşa qiymət artımı demək düzgün olmaz, çünki hər qiymətə həyət evi var. Sadəcə, bəzi saytlarda daha bahalı evlərin satışı ilə bağlı elanlar daha çoxdur. Burada isə sənədli və sənədsiz evlər məsələsi önəm kəsb edir. Yəni çıxarışı olmayanlarda qiymət ucuz, olanlarda isə qiymətlər nisbətən bahadır. Bu ilin sonuna doğru sənədsiz evlərin çıxarışla təmin olunması əmlak bazarına müsbət təsir edəcək. Çünki eyni vaxtda bazara kütləvi şəkildə sənədli əmlaklar daxil olacaq. Bu gün həyət evlərinin əksəriyyətinin sənədi olmadığı üçün, onlar ipoteka predmetinə çevrilə bilmir. Amma sənədləşmə olandan sonra, artıq satışa 35-40 min manat dəyərində həyət evləri çıxır və vətəndaş bunu ipoteka krediti ilə alır. Bu isə öz növbəsində evsiz insanların ev problemini aradan qaldıracaq. Növbəti mərhələdə isə bazarda yaranacaq rəqabət mühiti evlərin qiymətlərinin daha da ucuzlaşmasına gətirib çıxaracaq”.

Ekspert hazırda əmlak bazarında ümumən durğunluğun olduğunu diqqətə çatdırıb:

"Hazırda əmlak bazarında çox ciddi durğunluq var. Amma mövsümi olaraq, həyət evlərinə tələbat daha çoxdur. Bina evlərinə tələbat əvvəlki aylara nisbətən daha azdır. Çünki qiymətlərdə kəskin artımlar var. Mənzillərə tələbat daha çox ipoteka kreditlərinin verildiyi vaxtlarda olur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi