Əhaliyə xəbərdarlıq edildi: Qar yağacaq,daşqın gözlənilir

Əhaliyə xəbərdarlıq edildi: Qar yağacaq,daşqın gözlənilir
SOSİAL
21:26 09.05.2021
10060
Bu gün gündüz Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s, mayın 10-da isə şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, mayın 10-da gecə və səhər yağış yağacaq.

Qərb küləyi əsəcək, arabir 15-20 m/s, mayın 10-da ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

OXŞAR XƏBƏRLƏR