Əhaliyə xəbərdarlıq - Həftəsonu səhərdən etibarən...

Əhaliyə xəbərdarlıq - Həftəsonu səhərdən etibarən...
SOSİAL
10:52 16.08.2024
352
Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri bildiriblər ki, şənbə və bazar günləri, avqustun 17-18-də Yer kürəsində G1 sinifli maqnit qasırğası gözlənilir.

Bu barədə laboratoriyanın saytında məlumat verilir.

Alimlər fırtınanın şənbə günü axşamdan bazar gününün sonuna qədər davam edəcəyini bildiriblər. Avqustun 18-nə keçən gecə G1 səviyyəsinə çatacaq. Bazar günü günortadan sonra maqnit sahəsinin pozulması zəifləməyə başlayacaq. Fırtınanın bazar ertəsi, avqustun 19-na kimi tamamilə keçəcəyi gözlənilir.

Xatırladaq ki, maqnit fırtınaları beş sinfə bölünərək G1-ni zəif, G2-ni mülayim fırtına, G3-ü güclü tufan, G4-ü çox güclü tufan, G5-i isə son dərəcə güclü fırtına kimi göstərir. Güclü fırtınalar peyk sistemlərinin, o cümlədən GPS-in işinə təsir göstərərək naviqasiyanın dəqiqliyini və etibarlılığını müvəqqəti azalda bilər. Bəzi insanlar maqnit qasırğaları zamanı özlərini daha pis hiss etdiklərini bildirirlər.
 
//Baku.ws
OXŞAR XƏBƏRLƏR