Əhəd Abıyevin icra başçısı olduğu rayonda əməliyyat: Saxlanılanlar var

Əhəd Abıyevin icra başçısı olduğu rayonda əməliyyat: Saxlanılanlar var
SOSİAL
12:29 05.02.2021
4513
Daşkəsən rayonunun Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb. 

AZXEBER.COM-un Unikal.org-a istinadən verdiyi məlumatına görə, hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb.

Qeyd edək ki, R. Allahverdiyev 1999-cu ildən bələdiyyə sədridir. 

Şahbaz Mehdiyev isə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.
OXŞAR XƏBƏRLƏR