Əhəd Abıyevin vəzifəsi bu şəxsə tapşırıldı

Əhəd Abıyevin vəzifəsi bu şəxsə tapşırıldı
SOSİAL
23:49 18.07.2023
540
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi müvəqqəti olaraq, başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məmmədov Vüqar Xanlar oğluna tapşırılıb.

Qeyd edək ki, Ə.Abıyev 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.
OXŞAR XƏBƏRLƏR