Əhəng karxanalarının tullantılarının təmizlənməsi üçün layihə hazırlanıb

İQTİSADİYYAT
15:38 21.11.2013
1549

Qaradağ rayonu ərazisində əhəng karxanalarının tullantılarının təmizlənməsi üçün layihə hazırlanıb.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovqeyd edib.Nazirin sözlərinə görə, Maliyyə Nazirliyi həmin layihəni karxana sahiblərinin hesabına həyata keçirilməsini təklif edir:“Lakin bu bir qədər çətin məsələdir. Bu sahə tarixən Azərbaycanda ənənəvi bir sahə olub. Bakının təxminən 90%-i elə bu fəaliyyət nəticəsində tikilib”.Yaxın zamanlarda Azərbaycanda daha iki sement zavodunun işə düşəcəyini deyən nazir bildirib ki, bundan sonra həmin zavodlar əhəng tullantılarından istifadə üçün bir-birləri ilə rəqabət aparacaqlar:“Nəticədə isə bu sahədə vəziyyət tədricən yaxşılaşacaq”.

OXŞAR XƏBƏRLƏR