Əhməd Davudoğlu Suriyada döyüşən azərbaycanlılar haqqında danışdı

Əhməd Davudoğlu Suriyada döyüşən azərbaycanlılar haqqında danışdı
DÜNYA
15:57 19.02.2014
1816

Türkiyə Azərbaycan vətəndaşlarının Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinədir"

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziriƏhməd Davudoğluçərşənbə günü Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunları üzrə keçirilmiş mətbuat konfransında deyib. Nazir qeyd edib ki, əgər Azərbaycan Suriyada hərbi münaqişədə iştirak edən ölkə vətəndaşları ilə bağlı kəşfiyyat məlumatları təqdim edərsə, Türkiyə onların bu ölkəyə girişinin qarşısını ala bilər. Ə.Davudoğlu bildirib ki, Azərbaycan vətəndaşları Türkiyə ərazisi ilə sərbəst hərəkət edə bilərlər. Qeyd edək ki, Suriyada 2011-ci ilin mart ayından başlayan münaqişə ərzində 140 mindən artıq insan ölüb, 4,2 milyondan çox insan isə öz ölkəsində qaçqın həyatı yaşayır. Bundan başqa, 2,3 milyon insan qonşu ölkələrə qaçıb. Qaçqınların qəbulu üzrə əsas yük İordaniya, İraq, Livan və Türkiyənin üzərinə düşüb. Münaqişə başlamazdan əvvəl Suriya əhalisinin ümumi sayı 20 milyon nəfər olub. Xatırladaq ki, bir neçə öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası da bununla bağlı fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyildir: "Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması və onlara qarşı effektiv mübarizə aparılması məqsədilə respublikada təlim kurslarının təşkilinə başlayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunu vaxtilə ATV-nin çörəyini yeyənlər edir" - Zaur iddialara cavab verdi
14:23 19.05.2025
"Bunu vaxtilə ATV-nin çörəyini yeyənlər edir" - Zaur iddialara cavab verdi
Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq
14:17 19.05.2025
Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq
O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI
14:15 19.05.2025
O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI
"Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir"
14:05 19.05.2025
"Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir"
Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı - FOTOLAR
14:03 19.05.2025
Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandı - FOTOLAR
"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
13:35 19.05.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
Keçmiş başçının direktor qızı işdən çıxarıldı
13:31 19.05.2025
Keçmiş başçının direktor qızı işdən çıxarıldı
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
13:29 19.05.2025
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
Sergey Lavrov Ermənistana səfər edəcək
13:26 19.05.2025
Sergey Lavrov Ermənistana səfər edəcək
Pakistanda fırtına: 3 nəfər öldü
13:24 19.05.2025
Pakistanda fırtına: 3 nəfər öldü
Bakıda böyük söküntü başlayır - Park salınacaq
13:13 19.05.2025
Bakıda böyük söküntü başlayır - Park salınacaq
Azərbaycan-İran birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
13:08 19.05.2025
Azərbaycan-İran birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
Qatarlarımızın sürəti tənqid edildi: “Özbəkistandan da geridəyik, bizimkilər “Jiquli” sürətindədir"
13:06 19.05.2025
Qatarlarımızın sürəti tənqid edildi: “Özbəkistandan da geridəyik, bizimkilər “Jiquli” sürətindədir"
"Intervideni-2025" müsabiqəsində Rusiyanı o təmsil edəcək
13:05 19.05.2025
"Intervideni-2025" müsabiqəsində Rusiyanı o təmsil edəcək
"Bürcləri bu həftə nələr gözləyir?" - Astroloqdan AÇIQLAMA
13:02 19.05.2025
"Bürcləri bu həftə nələr gözləyir?" - Astroloqdan AÇIQLAMA
Simonyan: Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir
12:58 19.05.2025
Simonyan: Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir