Əhməd Şahidovun deputatlığa namizədliyi qeydə alındı - Əli Məsimlinin əsas rəqibi bəlli oldu

SİYASƏT
14:44 03.08.2024
280
Tanınmış hüquq müdafiəçisi Əhməd Şahidovun deputatlığa namizədliyi qeydə alınıb.
 
Bu barədə AZXEBER.COM-a Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Bildirilib ki, Avqustun 2-də 113 saylı Qax-Şəki seçki dairəsinin qəbul etdiyi qərara əsasən, 1 sentyabr 2024-cü il tarixdə VII çağırış Milli Məclisdə keçiriləcək seçkilərdə Əhməd Şair oğlu Şahidovun namizədliyi rəsmi şəkildə qeydə alınıb.

Bu, Əhməd Şahidovun üçüncü seçki yarışıdır. Hələ 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Əhməd Şahidov eyni dairədən namizədliyini irəli sürmüşdü və seçicilərin böyük etimadını qazanmışdı.

1 sentyabr 2024-cü il tarixdə VII çağırış Milli Məclisdə keçiriləcək seçkilərdə Əhməd Şahidovun əsas rəqibi deputat Əli Məsimlidir.

OXŞAR XƏBƏRLƏR